Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ

17.09.2019 16:26 1 089
Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ
Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq, 3 729 200 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 36,4%-i İrana, 29%-i Gürcüstana, 17,5%-i Rusiyaya, 11,6%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8%-ni kişilər, 36,2%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1%, Gürcüstana gedənlərin sayı 13,3 %, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 5,1% artıb.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla, Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Yanvar-avqust aylarında ölkəmizə gələnlərin sayında isə daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3 faiz artaraq, 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq, 788,8 min nəfər olub.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2%-i dəmiryolu və avtomobil, 17,1%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

Son xəbərlər