Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xaricə gedən Azərbaycan turistlərinin sayı 25 faiz artıb

19.03.2019 19:41 1 688
Xaricə gedən Azərbaycan turistlərinin sayı 25 faiz artıb
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xaricə səyahət edən ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiyaya, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər edib.

Gedənlərin 67,7 faizi kişilər, 32,3 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Gürcüstana gedənlərin sayı 7 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz artıb.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83 faizi dəmiryolu və avtomobil, 16,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.//milli.az

Son xəbərlər