Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Toy qadağalarının Tacikistan modeli – pul ver, işini gör

30.08.2025 22:22 513
Toy qadağalarının Tacikistan modeli – pul ver, işini gör
Azərbaycanda toy mövsümü başladıqdan sonra yollarımızda onsuz az olmayan problemlərə daha biri əlavə edilib: intizamsız toy karvanları. Bu günlərdə DYP də xəbərdarlıq yaydı.

Amma görünür ki, ciddi media qurumlarına deyil, sosial şəbəkəyə yönələn xalqımız çətin ki, bu tələblərdən xəbərdar olsun və əməl etsin. Son illərin təcrübəsi həm də göstərdi ki, tövsiyə və təbliğat ciddi nəticə vermir.

Yollarımızda kamera və radarların sayı artdıqca qayda pozuntuları da azalır. Bəs dünyada vəziyyət necədir? Kütləvi mərasimlər necə tənzimlənir?

Avtosfer.az xəbər verir ki, bir çox ölkədə (Misir, Səudiyyə Ərəbistanı, İndoneziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan) toy və yas mərasimlərinin təşkili ilə bağlı qanun və ya tövsiyələr mövcuddur. Maraqlıdır ki, qadağaların tətbiq olunduğu ölkələrin əhaisinin əksəriyyəti müsəlmandır.

Reallıq isə bundan ibarətdir ki, tövsiyə və ictimai qınaq tətbiq edilən ölkələrdə nəticə ya yoxdur, ya da hiss ediləcək dərəcədə deyil.

Yalnız Tacikistanda müəyyən nəticələr əldə edilib. Əvvəlcə, qanunun mahiyyəti barədə.
2007-ci ildə qəbul edilmiş qanuna görə Tacikistanda gəlingörmə, üzaçdı, tanışlıq kimi adətlər ləğv edilib.

Nişana 40-50 adam gələ, toyda isə ayrı-ayrılıqda keçirildikdə 150 nəfər, oğlan və qız toyu birlikdə olduqda maksimum 200 nəfər iştirak edə bilər. Gəlin kortejində avtomobil sayı 4-ü keçməməlidir. Mərasim müddəti 3 saatı (həftə sonu 2 saat) ötə bilməz.

Azərbaycan rayonlarında da dəbdə olduğu kimi yol bağlayıb bəydən şirinlik almaq da qadağandır. Bunu edən azyaşlının valideyni cərimələnir.

Qanunun icrasına nəzarəti “toy müfəttişləri” həyata keçirirlər. Qayda pozanları təxminən 1000 manat cərimə gözləyir.

Qanun hətta kifayət qədər intizamlı adamların da cərimələnməsinə səbəb olub. Belə ki, toya çağırılmamış qonaqların gəlməsi ev yiyəsi üçün başağrısına çevrilib. Protokol anlayışı olmayan taciklər dəvət edilib-edilmədi toya gedirlər. Müfəttişlər isə neçə nəfərin dəvət olunduğunu deyil, məclisdə neçə adamın iştirak etdiyini sayırlar.

Müstəqil jurnalistlərin araşdırmasına görə, toy cərimələri 2007-2014-cü illərdə Tacikistan büdcəsinə əlavə 1 milyon dollar gəlir gətirib. MDB-nin ən kasıb ölkəsi üçün bu, çox böyük məbləğdir.

Lakin, rusların təbirincə desək, qanunu adlayıb keçmək mümkün olmasa da, yanından keçmək mümkündür. Oliqarxlar və məmurlar bir neçə min dollar rüşvət müqabilində qanundan yan keçə bilirlər. Nazirlərin uşaqlarının toyuna isə ümumiyyətlə müfəttişlər gəlmirlər.скачать dle 11.3
Mojo.az Banner