Mojo.az Banner
22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yayda kondisioner olmadıqda, mənzili necə sərinlətmək olar? - Rusiyalı həkim üsulları açıqladı

14.06.2025 13:57 1 779
Yayda kondisioner olmadıqda, mənzili necə sərinlətmək olar? - Rusiyalı həkim üsulları açıqladı
Yay istilərinin başlaması ilə bir çox insanlar evlərində kondisionerin olmamasına görə problemlərlə üzləşirlər. Bəs bu halda evdə rahat temperaturu necə saxlamaq və həddindən artıq istidən yayınmaq üçün nə etmək olar?

Rusiyalı kardioloq Gülnarə Orlova "İzvestiya"ya müsahibəsində kondisioner olmadıqda, mənzili sərinlətməyin üsullarından danışıb.

"Olduğunuz məkanda ideal temperatur 24-26 Selsi dərəcəsi təşkil etməlidir. Buna böyük xərc tələb etməyən sadə üsullarla nail olmaq olar", - deyə o bildirib.

Kardioloq mənzili çöldəki temperatur aşağı düşənə qədər səhər və axşam mənzili havalandırmağı tövsiyə edib. Gün ərzində pəncərələr sıx bağlanmalı, əlavə olaraq qalın pərdələr və ya jalüzlər ilə örtülməlidir. Bu ona görə lazımdır ki, isti hava mənzilə daxil olmasın, divarlar və mebellər istiləşməsin.

"Ventilyatordan istifadə edin - bu, havanın sirkulyasiyasına (dövr etməsinə) imkan verəcək. Məkanı mütləq nəmləndirmək lazımdır ki, bunun üçün nəm çarşaflar və ya dəsmallar asmaq, vaxtaşırı olaraq pulverizatordan su çiləmək, müxtəlif yerlərdə içində su olan bir neçə qab qoymaq və periodik olaraq bu qabların içinə mayeni soyutmaq üçün buz əlavə etmək olar. Bu vəziyyətdə hava nəmləndiricisi də çox kömək edəcək, o yığcamdır və xüsusi quraşdırılma tələb etmir", - deyə Gülnarə Orlova qeyd edib.

O həmçinin yayda otaq temperaturunda daha çox su içməyi, sərin duş qəbul etməyi, üzü və əlləri buz kubları və ya nəm dəsmal ilə silməyi məsləhət görüb.скачать dle 11.3
Mojo.az Banner