Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

11.06.2026 22:25 276
Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq
"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycan ərazisində yay fəslinin ilkin mərhələsi olan iyun ayı dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın və bəzi ərazilərdə normadan bir qədər yüksək olacaq. Birinci fazada (nisbi sabitlik) – ayın ilk günlərində temperatur iqlim norması daxilində (Bakıda gündüzlər 26-31°C) tərəddüd edəcək”.

Median.Az
xəbər verir ki, bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

"İkinci fazada (termik maksimum) isə – ayın ortalarından etibarən cənub mənşəli hava kütlələrinin daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksələcək. Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 36-40°C isti qeydə alınacaq.

Proqnoz modelləri yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik proqnozlaşdırır. Belə ki, ölkə üzrə aylıq yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda (xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında) konvektiv buludluğun, lokal xarakterli, qısamüddətli intensiv leysan, şimşək və dolu düşməsi ehtimalı yüksəkdir. Dağ çaylarından qısamüddətli sel keçəcəyi gözləniləndir”.

Ekspert qeyd edir ki, iyun ayında temperaturun çoxillik iqlim normasından yüksək olması və bəzi günlərdə 38°C – 40°C həddinə çatması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır.

"Cənub-şərqdən (İran yaylası) və cənub-qərbdən (Şimali Afrika-Ərəbistan) ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. İyun ayında subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğun minimuma enməsinə, insolyasiyanın (günəş radiasiyasının) intensivləşməsinə və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır. Ölkəmizin mürəkkəb relyefi iyun ayı istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.

Mərkəzi Aran və Naxçıvan (Termik depressiya) bölgələrində iqlimin kontinentallığı və relyefin qapalı strukturu istiliyin akkumulyasiyasına şərait yaradır. Nəticədə, kəskin istiləşmə dalğaları zamanı temperatur asanlıqla 40°C-yə yüksəlir”.

C.Hüseynov vurğulayır ki, Xəzər dənizinin temperatur nizamlayıcı (termik ətalət) xüsusiyyəti Abşeron yarımadası və sahilyanı ərazilərdə iyunun ilk yarısında kəskin istilərin qarşısını qismən alır.

"Lakin ayın ikinci yarısında dəniz suyunun qızması və cənub/şərq küləklərinin üstünlük təşkil etməsi "bürkü effekti” (yüksək temperatur və yüksək nisbi rütubətin sinerjisi) yaradaraq effektiv temperaturu (hiss edilən istiliyi) xeyli artırır. İyun ayında anomal isti günlərin tezliyinin və intensivliyinin artması qlobal istiləşmə və El Nino / La Nina cərəyanlarının regional fəsadları ilə birbaşa korrelyasiya təşkil edir. Son dekadanın məlumatları göstərir ki, Azərbaycanda yay fəslinin başlanğıcı klimatoloji olaraq daha aqressiv (daha tez başlayan və daha uzun sürən istilik dalğaları ilə) xarakter almaqdadır”.скачать dle 11.3
Mojo.az Banner