Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Sinif otağında silah – Problem haradan başlayır?

06.02.2026 20:31 645
Sinif otağında silah – Problem haradan başlayır?
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 10-cu sinif şagirdi ov silahı ilə müəllimə xəsarət yetirib.

Yeniavaz.com xəbər verir ki, hadisə cəmiyyətdə ciddi rezonans doğuraraq orta məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrdə məktəblərdə təhlükəsizlik tədbirlərinin yetərincə səmərəli təşkil olunmaması ilə bağlı tənqidi fikirlər səsləndirilir. Bir çoxları bu cür halların qarşısının vaxtında alınmamasını mövcud nəzarət mexanizmlərinin zəifliyi ilə əlaqələndirir.

Bəs görəsən, orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu kimi xoşagəlməz hadisələrin qarşısını almağa nə dərəcədə imkan verə bilər?

Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bir məktəbdə 2–3 min şagird təhsil alır:
“Bu qədər uşağın hər birinin çantasını və üzərini yoxlamaq nə vaxt, nə də praktiki baxımdan mümkündür. Şagirdin çantasında silah da, bıçaq da, digər təhlükəli əşyalar da ola bilər”.

Elçin Bayramlı vurğulayıb ki, aqressiv davranışların kökündə ailə tərbiyəsinin zəifliyi dayanır:

“Əgər uşağa ailədə düzgün tərbiyə verilməyibsə, məktəbdə tətbiq olunan heç bir inzibati tədbir real nəticə verməyəcək. Sağlam tərbiyə almayan, aqressiv və eqoist psixologiya ilə böyüyən uşaq gec-tez problem yaradacaq. Bu, qaçılmazdır”.

Ekspertin sözlərinə görə, nəzarətsiz smartfon istifadəsi və zorakılıq məzmunlu kompüter oyunları da uşaqların psixologiyasına ciddi zərər vurur:
“Azyaşlı uşaqların əlinə nəzarətsiz şəkildə smartfon verilir. Onlar internetdə müxtəlif psixotron təsirlərə məruz qalırlar. Qanlı və zorakılıq dolu oyunlar uşaqlarda aqressiyanı artırır və bu aqressiya məktəb mühitində açıq şəkildə özünü göstərir”.

Elçin Bayramlı məktəb psixoloqlarının fəaliyyətini də tənqid edib:

“Məktəb psixoloqlarının fəaliyyəti demək olar ki, sıfıra bərabərdir. Ümumiyyətlə, onlar heç nə etmir və edə də bilmirlər. Problemin həlli valideyn məsuliyyətinin artırılmasından keçir. Belə hadisələr törədən uşaqların valideynləri mütləq şəkildə cəzalandırılmalıdır. Valideyn bir dəfə cəzalandırılsa, övladının tərbiyəsinə daha ciddi yanaşar. Problemin qarşısını almağın yeganə yolu budur”.

Son xəbərlər