Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəblərin qazanxanaları işləmir? - AÇIQLAMA

16.02.2021 16:50 1 173
Bakıda məktəblərin qazanxanaları işləmir? - AÇIQLAMA
Pandemiya ilə əlaqədar olaraq tədris prosesi onlayn qaydada aparılırdı. Bir müddət olar ki, paytaxt üzrə 10 və 11-ci siniflər istisna olmaqla digər siniflərdə tədris prosesi əyani qaydaya keçirilib.

Əyani tədris prosesinin başlamasına sevinməyə vaxt tapmamış bəzi məktəblərdə istilik sistemlərində problemlərin olduğu ilə bağlı şikayətlər gəlməyə başlayıb.

Oxu.Az-ın redaksiyasına valideynlər tərəfindən göndərilən şikayətdə qeyd olunub ki, uşaqlar soyuqdan sinif otaqlarında otura bilmirlər.

Söhbət paytaxtın Yasamal rayonu ərazisində yerləşən 167 saylı və Xətai rayonundakı 165 saylı tam orta məktəblərdən gedir.

Valideynlər iddia edir ki, adıçəkilən məktəblərdə istilik sistemləri qoşulmayıb. Əyani dərslərdə iştirak edən şagirdlər bu səbəbdən sinif otaqlarında otura bilmirlər.

Məsələ ilə bağlı sosial şəbəkələrdə bir sıra başqa məktəblərdə də bənzər problemin müşahidə olunduğuna dair paylaşımlar edilib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün Xətai rayonu 165 nömrəli tam orta məktəbin qazanxanasında problem yaranıb:

“Belə ki, qazanxanadakı iki qazandan birində problem yaranıb. Qısa müddətdə görülən tədbirlər nəticəsində məktəbin istilik təchizatındakı problem aradan qaldırılıb. Məktəb istiliklə təmin olunub. Hazırda məktəbin istiliklə təminatında problem yoxdur”.

Paralel olaraq Yasamal rayonu ərazisində yerləşən 167 nömrəli tam orta məktəbdə də mövzu ilə əlaqədar araşdırma aparıldığı, lakin istilik sistemində heç bir problemin olmadığı qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner