Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

27.01.2021 13:38 858
V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
“V-IX siniflər üzrə dərslərin bərpası barədə qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, fevralın 1-dən I-IV siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:

“Bakı şəhərində bütün ümumtəhsil müəssisələrində monitorinqlər aparılıb. Məktəblər fevralın 1-dən ənənəvi tədrisin bərpasına hazırdı. Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi, amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ bizim diqqətimizdədir”.

İdarə müdiri əlavə edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq:

“Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. Əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Həmin vaxt Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayır. 44 904 şagird I-IV siniflərdə əyani tədrisə başlayacaq”.скачать dle 11.3
Mojo.az Banner