Mojo.az Banner
11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |    
Mojo.az Avto
Mojo.az Avto

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

11.02.2021 15:46 1 935
V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA
Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq.

İdarədən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə iki dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə beş dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur. Bununla bağlı ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri həyata keçirilir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə isə 1 845 nəfər təhsil alır.

Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.скачать dle 11.3
Mojo.az Banner