Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA

04.11.2026 13:23 654
İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA
Azərbaycanda təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartı vasitəsilə ictimai nəqliyyatda güzəştli gediş kampaniyasına start verilib. Noyabrın 2-dən 30-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər həftəiçi hər gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Bu addım digər peşə sahibləri üçün də oxşar güzəştlərin tətbiqi məsələsini gündəmə gətirir.

Təhsil işçiləri üçün tətbiq olunan bu cür güzəştlərin gələcəkdə digər peşə sahiblərinə də şamil edilməsi mümkündürmü?

Bu barədə Median.Az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, 2 noyabr 2026-cı il tarixindən etibarən “TəhsilPlus” kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər:
“Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunacaq, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanacaqdır. Bu kompaniyanın əhəmiyytli tərəflərindən biri də budurki, “TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10% bonus tətbiq edilir. Hazırda “TəhsilPlus” kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb".

O qeyd edib ki, artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb:

"“TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu tərəfindən veriləcək olan bu kart əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Həmçinin kart istifadəçiləri, həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana biləcəklər. Bu kampaniya təhsil işçiləri tərəfindən də böyük rəğbətlə qarşılanacaqdır”.

Son xəbərlər