Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

"Günlük 1,5 manat olsun" - Gedişhaqqı ilə bağlı təklif

02.07.2024 15:22 1 023
Bakıda ictimai nəqliyyatda gediş qiymətlərinin 25% bahalaşaraq, 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib.

Median.Az
xəbər verir ki, nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.

2 saat müddətində təkrar istifadədə tam bilet sahibləri 12,67, 3-cü istifadədə 9,62, 4-cü istifadədə 6,08 lirə alınır.

Tələbələrdə bu rəqəm müvafiq olaraq 3,79, 3,56 və 3,04 lirədir.

Sosial kartlarda ikinci istifadədə 7,6, 3-cüdə 5,81, 4-cüdə isə 3,79 lirədir.

Mavi kartlar da var – aylıq: tam 1389, tələbə kartı 250, sosial kart isə 864 lirədir.

Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.

İqtisadçı Natiq Cəfərli bildirib ki, turistlər istisna olmaqla, Bakı sakinlərinə də fərqli model tətbiq edilə bilər:

“Birdəfəlik bilet 50 qəpik ola bilər, bu, turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər. Bu model həm vətəndaşa, həm də ictimai nəqliyyat xidməti göstərənlərə sərf edir”.
//axar.az

Son xəbərlər