Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Tələbələr və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştlər hansı formada ola bilər? - VİDEO

01.10.2025 21:38 681
Tələbələr və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştlər hansı formada ola bilər? - VİDEO
Təqaüdçülər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması ilə bağlı mexanizm hazırlanır.

Bunu "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov son günlər təqaüdçülər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə tələbələrin bir sıra xidmətlərdən o cümlədən ictimai nəqliyyatdan aşağı tariflərlə istifadə etmək imkanları var:

"Yaxın zamanlarda Azərbaycanda da oxşar praktikanın tətbiqinin reallaşması gözlənilir. Bu nəticə etibarı ilə daha çox sosial təminata ehtiyacı olan, eyni zamanda insan kapitalının inkişafı baxımından vacib olan kateqoriyaların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək.

Təhsil eksperti Elmin Nuri təklif edir ki, sözügedən güzəştlər tələbələr üçün tək paytaxtdaxili deyil, rayonlara hərəkət edən ictimai nəqliyyatlara da tətbiq edilərsə daha yaxşı olar: "Ümumiyyətlə, dünya ölkələrində tələbələrlə bağlı tətbiq olunan sosial layihələr paketinin ilk yerində məhz yol-nəqliyyatla bağlı güzəştlər dayanır. Bu güzəştlər rayonlararası nəqliyyat daşınmasında da tətbiq olunarsa tələbənin büdcəsi üçün faydalı bir rəqəmə çevriləcək".

Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edir, güzəştlərin tətbiqi üçün münbit şərait olmalı, ictimai nəqliyyat fondu fəaliyyətə başlamalıdır:

"Fonda müəyyən məbləğlər toplanmalı, dövlətlə daşıyıcılar arasında "Brutto" müqaviləsi imzalanmalıdır. Bundan sonra güzəşt məsələsinə baxıla bilər. Optimal üsul isə dünya praktikasında da olan gündəlik, aylıq, illik paketlərin alınmasıdır ki, bu zaman sərnişinə müəyyən güzəştlər tətbiq edilir. İnkişaf edilmiş ölkələrdə qiymətin diferensiallaşdırılması təcrübəsi də var. Məsələn müxtəlif ölkələrdə qiymətlər sutkanın saatlarına görə, məsafəyə görə, nəqliyyat vasitəsinin növünə görə də dəyişə bilir. Azərbaycan da bu təcrübədən istifadə edə bilər"

Qeyd edək ki, yeni tarif menyusunun tətbiqi ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra mümkün olacaq.скачать dle 11.3

Son xəbərlər