Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

16.04.2025 22:22 744
Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər
Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.

Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır.

Bəs, deputatın bu təklifi qanuniləşə bilərmi?
Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu, bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə edib hansısa addımlar ata bilərlər:

"Məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir, yəni, qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz bu gün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək".
Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb:

"Mən bu məsələni bir neçə dəfə müzakirəyə çıxarmışam. Yəni tələbələr gün ərzində 3-4 nəqliyyat dəyişirlər. Tələbələrimiz və onlara dəstək üçün müxtəlif güzəştlər etməliyik. Amma bütün kateqoriyaya güzəşt estək, bu artıq əlavə məsələlər yaradacaq. Gərək dövlət özəl sahəyə əlavə subsudiya versin. Ona görə də bu gün tələbələrə güzəştlər məqsədəuyğundur".

Son xəbərlər