Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

AYNA: "Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur"

01.09.2025 14:16 1 077
AYNA:
İctimai nəqliyyatda gediş haqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkədə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə "Bakı metropoliteni" QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər