Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)

24.12.2024 16:14 1 098
Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)
"Tələbə kartlarının tətbiqi tələbələrin yalnız təhsil prosesində deyil, həm də sosial və iqtisadi həyatda daha aktiv iştirakını təmin edə bilər. Bu cür təşəbbüslər, həmçinin, gənclərin rifahını artırmaq və onların potensialını daha yaxşı reallaşdırmaq üçün mühüm bir addım ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 170 min tələbəyə vahid tələbə kartı verilməsi ilə bağlı danışarkən deyib.

Ekspert hesab edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımların tələbələrə uzunmüddətli fayda təmin edəcəyi gözlənilir:

"Tələbə kartları dünyada geniş tətbiq olunan və gənclərin sosial rifahını, təhsil keyfiyyətini və həyat standartlarını artırmaq məqsədi daşıyan bir alətdir. Bu kartların Azərbaycanda istifadəyə verilməsi də tələbələrin təhsil həyatını və dərsdənkənar fəaliyyətlərini dəstəkləmək baxımından mühüm bir addımdır. Beynəlxalq təcrübə göstərir ki, belə kartlar vasitəsilə tələbələr müxtəlif sahələrdə imtiyazlardan yararlanaraq, daha əlverişli sosial və iqtisadi şərait əldə edirlər. Məsələn, Avropa Birliyi ölkələrində tətbiq olunan European Youth Card sistemi tələbələrə 36-dan çox ölkədə 60 mindən artıq xidmət və məhsul üçün güzəştlər təqdim edir. Bu imtiyazlar əsasən ictimai nəqliyyat, təhsil resursları, mədəni tədbirlər və turizm sahələrini əhatə edir. ABŞ-da tələbə endirimlərini təşviq edən ISIC (International Student Identity Card) kartı 130-dan çox ölkədə tələbələrə minlərlə xidmətə çıxış imkanı yaradır. Bu cür sistemlər tələbələrin iqtisadi yükünü azaltmaqla yanaşı, onların sosial aktivliyini də artırır”.

Kamran Əsədov hesab edir ki, Azərbaycanda yeni tələbə kartlarının istifadəsi aşağıdakı sahələrdə tələbələr üçün əhəmiyyətli güzəştlər yarada bilər:

"İctimai nəqliyyatda güzəştlər bu kartların ən çox gözlənilən funksiyalarından biridir. Məsələn, Türkiyədə tələbələr ictimai nəqliyyatdan istifadə edərkən 50%-ə qədər güzəşt əldə edirlər. Azərbaycanda da belə bir modelin tətbiqi tələbələrin gündəlik xərclərinin azalmasına ciddi təsir göstərə bilər. Eyni zamanda, şəhərlərarası nəqliyyat və aviaşirkətlərdə tətbiq ediləcək endirimlər tələbələrin daha çox səyahət etməsinə, təcrübə qazanmasına və müxtəlif ölkələrin təcrübələrini öyrənməsinə şərait yaradacaq”.

Ekspert qeyd edib ki, təhsil və tədris materialları sahəsində güzəştlər də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir:

"Məsələn, Almaniyada tələbələr təhsil kartları vasitəsilə dərsliklər, proqram təminatları və elektron təhsil resurslarına xüsusi endirimlə çıxış əldə edir. Azərbaycanda bu cür imtiyazlar kitab mağazaları, elektron kitab platformaları və tədris kursları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Bu, təhsil resurslarına əlçatanlığı artırar və tələbələrin akademik müvəffəqiyyətinə töhfə verər”.

Ekspertin fikirincə, mədəniyyət və əyləncə sahəsində də tələbə kartlarının geniş tətbiqi tələbələrin həyat keyfiyyətini artırmaqda mühüm rol oynayır:

"Məsələn, Böyük Britaniyada tələbə kartı ilə teatr, kinoteatr və konsertlərə girişdə 30%-ə qədər güzəştlər təklif olunur. Azərbaycanda da muzeylər, teatrlar və sərgilər kimi mədəniyyət obyektlərinə güzəştlər tələbələrin mədəni inkişafına və dünya görüşünün genişlənməsinə imkan yarada bilər. Statistikaya əsasən, Avropada tələbələrin 85%-i müxtəlif güzəştlərdən istifadə edən kartlara sahibdir. Bu, onların sosial və iqtisadi xərclərinin azalmasına ciddi təsir göstərir”.
Kamran Əsədov əlavə edib ki, Azərbaycanda da tələbə kartlarının tətbiqi genişlənərsə, bu göstəricilərə uyğun müsbət nəticələr əldə etmək mümkündür:
"Eyni zamanda, tələbə kartları vasitəsilə turizm sahəsində endirimlər tələbələrə yerli və beynəlxalq səfərlər etmək üçün daha əlverişli şərait yaradacaq. Bu, tələbələrin həm yerli, həm də qlobal miqyasda fərqli təcrübələr qazanmasına töhfə verər”.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun məlumatına əsasən hazırda 170 min tələbəyə vahid tələbə kartı verilib.

Son xəbərlər