Mojo.az Banner
Left Banner
Right Banner

Bina sakinləri çətin vəziyyətdə: Mənzilə çıxarış verilmir, evin içinə su damır - Video

10.08.2026 14:06 150
Bina sakinləri çətin vəziyyətdə: Mənzilə çıxarış verilmir, evin içinə su damır - Video
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaş Lalə Bayramova Abşeron rayonunun Masazır qəsəbəsində üç il əvvəl "Xəzri İnşaat" şirkətindən binanın altıncı mərtəbəsində mənzil aldığını bildirib.

Şikayətçinin sözlərinə görə, mənzillər 2016-cı ildən satışa çıxarılsa da, indiyədək mənzillərin çıxarışları verilməyib. Bundan əlavə, binada ciddi su problemi yaşanır.

"Binanın vəziyyəti bərbaddır. Yağıntılar zamanı evə dəhşətli dərəcədə su damır. Mənzili satışa çıxara bilmirəm. 2016-cı ildən inşa olunmasına baxmayaraq, evə çıxarış verilmir. Şirkət rəhbərliyinə müraciət etsəm də, şikayətimə heç vaxt məhəl qoyulmayıb", - vətəndaş söyləyib.

Qarşı tərəf isə məsələ ilə bağlı araşdırma aparılacağını və lazımi tədbirlərin görüləcəyini bildirib.
скачать dle 11.3
Mojo.az Banner