Mojo.az Banner
11:12 Donald Tramp Azərbaycana yeni səfir namizədini təqdim edib  |     22:59 “WhatsApp”-da yenilik: ödənişli paket istifadəyə verildi  |     22:51 Yevlax sakini Bakıda qaynını qətlə yetirdi  |     22:46 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı  |     22:41 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Mühərrik yağları yenidən bahalaşdı - VİDEO  |     22:28 Radə Məmmədova vəfat edib  |     22:15 Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA  |     22:09 Ətin qiyməti dəyişəcək - Yeni qayda  |     22:00 Qumar və kazino oyunlarına qarşı POLİSDƏN ƏMƏLİYYAT  |     21:53 Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO  |     21:46 BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb  |     21:39 Kəskin istilər gəlir — Ekoloqdan açıqlama  |     21:15 Göygöldə müəllim vəfat etdi - Foto  |     21:06 Pensiyaçıların nəzərinə! — AÇIQLAMA  |     20:50 Alyona Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  |     20:42 Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib  |     20:36 Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı  |     20:27 Şəhid ailəsi üzvü olan 14 müəllim iş yerini dəyişmək imkanı qazandı  |     20:21 Big Ben 13 dəfə zəng çalsa… -Londonun qülləsinin sirrləri  |    
Left Banner
Right Banner

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə "Bir pəncərə" informasiya sistemi yaradılır

15.12.2025 13:02 516
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə
Prezident İlham Əliyev İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Median.Az
bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmanla "Bir pəncərə" informasiya sistemi yaradılır.

Müəyyən edilir ki, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

1. tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

2. nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

3. sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

4. yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

5. daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

6. ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi.

Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.скачать dle 11.3
Mojo.az Banner