Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın fəxri həkimi vəfat etdi

06.10.2021 11:54 1 473
Azərbaycanın fəxri həkimi vəfat etdi
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti Svetlana Əliyeva vəfat edib.

“Report” xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun (indiki Azərbaycan Tibb Universiteti - red.) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb.

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.

Son xəbərlər