Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

BDU-nun professoru vəfat edib - FOTO

31.08.2024 14:56 1 668
BDU-nun professoru vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" elmi-tədqiqat laboratoriyasının (ETL) böyük elmi işçisi, professor İfrat Əliyeva vəfat edib.

Bu barədə BDU-dan məlumat verilib.

İfrat Əliyeva 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildə Hüseyn Cavid adına orta məktəbi bitirərək, BDU-nun Filologiya fakültəsinə qəbul olub. 1962-ci ildə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olub. 1971-ci ildə "Bəxtiyar Vahabzadənin lirikası" mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi, 1988-ci ildə "Məmməd Rahimin yaradıcılıq yolu" mövzusunda dissertasiya ilə filologiya elmləri doktoru, 1989-cu ildə isə professor elmi adı alıb. 2009-cu ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

İfrat Əliyeva 1962-68-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant, 1968-71-ci illərdə baş laborant, 1971-73-cü illərdə müəllim, 1973-79-cü illərdə baş müəllim, 1979-80-ci illərdə Filologiya fakültəsində dekan müavini işləyib. O, 1980-88-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent, 1988-92-ci illərdə professor, 1992-94-cü illərdə Filologiya fakültəsində dekan müavini, 1994-99-cu ildə BDU-da qiyabi və orta ixtisas təhsil üzrə prorektor, 1999-2021-cu illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, 2021-ci ildən isə "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" ETL-in böyük elmi işçisi kimi fəaliyyət göstərib.

Professor İfrat Əliyevanın tədqiqat sahəsi müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqid olub.

İfrat Əliyeva altı kitab, 60-dan çox məqalə və metodik göstərişin müəllifi idi.



Son xəbərlər