Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq |
Mojo.az Avto
Mojo.az Avto

Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA

14.11.2025 20:08 804
Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA
71 yaşlı Ceki Çan bazar ertəsi axşamı ölümü ilə bağlı şayiələrin mərkəzinə düşüb. Facebook və digər sosial şəbəkələrdə onun vəfat etdiyini iddia edən yalan paylaşımlar yayılıb.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, saxta paylaşımlar Ceki Çanın xəstəxana otağında olduğunu göstərən süni intellekt ilə yaradılan foto və yanlış doğum–ölüm tarixləri ilə müşayiət olunub. Postlardan birində belə yazılıb:

"Bu gün dünya kinematoqrafiyasının ən dəyərli insanı, aktyor, böyük kung-fu ustası, yoluxucu gülüşü ilə milyonların sevimlisi Ceki Çan dünyasını dəyişdi”.

İronik olaraq, süni intellekt tətbiqi Grok istifadəçilərin suallarına cavab verərək vəziyyəti aydınlaşdırıb:

"Xeyr, bu, feykdir. Ceki Çan sağ və sağlamdır. 2025-ci il noyabrın 11-də tədbirdə iştirak edib. O, filmlərdə və reklam layihələrində fəal olaraq fəaliyyətini davam etdirir. Ölüm xəbərləri sosial şəbəkələrdə yayılan saxta paylaşımlardan qaynaqlanıb”.

Bir çox sosial şəbəkə istifadəçiləri qəzəblərini ifadə ediblər:

"Facebook"da belə yalan paylaşım görəndə az qaldım inanım ki, Ceki Çan doğrudan da ölüb”.

Bu, 2025-ci ildə Ceki Çan haqqında yayılan ilk "ölüm xəbəri” deyil. Daha əvvəl onun həyat yoldaşı Coan Lin tərəfindən guya təsdiqləndiyi iddia olunan oxşar xəbər də yayılmışdı. Həmin foto da süni intellektlə yaradılmış saxta təsvir çıxmışdı.

Son xəbərlər