Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur"

02.11.2026 16:53 306
Ermənistanın ədliyyə naziri:
"Ermənistandakı müxalifət qüvvələri öz təkliflərini irəli sürsünlər. Müstəqillik Bəyannaməsinin preambulasında köhnəlmiş hədəflər olduğu halda, onun yeni konstitusiyada xatırlanmasının bizə nə verəcəyini izah etsinlər".

Median.Az
-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu noyabrın 2-də Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə çıxışında bildirib.

"Biz yeni konstitusiyanı niyə hazırlayırıq? Hazırda harada olduğumuzu və hara getdiyimizi, necə bir dövlət olduğumuzu, hansı məqsədlərlə və nə üçün fəaliyyət göstərəcəyimizi anlamaq istəyirik. Heç kim Müstəqillik Bəyannaməsini tarix səhifələrindən silə bilməz və kimsənin belə bir fikri də ola bilməz. Lakin reallıq budur ki, Müstəqillik Bəyannaməsinin hədəfləri artıq aktuallığını itirib, bizim Qarabağı Ermənistana birləşdirmək kimi bir məqsədimiz yoxdur.

Əsas məqsədimiz Ermənistan Respublikasının uzunömürlülüyünü, rifahını, inkişafını təmin etmək, müstəqilliyini və suverenliyini gücləndirməkdir. Bizim hədəflərimiz məhz bunlardır.

Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq. Biz bu sülhü qoruyub saxlamaq və onu institusional olaraq möhkəmləndirmək istəyirik. Bu gün biz faktlardan və indiki zamandan danışırıq, mövcud reallıq isə tamamilə başqadır", - deyə Qalyan qeyd edib.

Son xəbərlər