Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video
“Metropark” ticarət mərkəzində yerləşən “Cafe Love City” restoranında müştəri tərəfindən törədilən fırıldaqçılıq hadisəsini əks etdirən görüntülər redaksiyamıza daxil olub.
Hadisə oktyabrın 31-də, günorta saat 16:06 radələrində qeydə alınıb.
Belə ki, ailə üzvləri üçün burger sifariş edən müştəri qadın, həmin vaxt qucağında oturan azyaşlı qızının saçından gizlicə bir neçə tük kəsərək çantasının üzərinə qoyub. Yemək yekunlaşmaq üzrə ikən o, çantadakı həmin tükləri götürərək burgerlərdən birinin arasına yerləşdirib.
Bu əməlindən dərhal sonra ofisiantı çağıran müştəri, yeməkdən tük çıxdığını iddia edib.
Məlumata görə, o, bu hadisəni bəhanə gətirərək hesab ödəmədən restoranı tərk edib.
Sözügedən hadisə restoranın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Görüntülər fırıldaqçılıq faktını tam çılpaqlığı ilə ortaya qoyub.//patrul.az