Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq

02.11.2026 17:50 270
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Hövsan-Türkan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Son xəbərlər