Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək

02.11.2026 15:52 330
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarının müəyyən edilməsi barədə qərar noyabrın 10-da qüvvəyə minəcək.

Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni qiymətləndirmə meyarı müəyyənləşib. Belə ki, həmin şəxslər nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka məlumat təqdim etməlidirlər. Bank bu məlumatları kredit bürolarına təqdim edilən müvafiq məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.

Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir

Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcunun gəlirə nisbəti əmsalı 70 faizdən artıq olmamalıdır.

Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.

Qeyd edək ki, zaminin borcunun gəlirə nisbəti əmsalı ilə bağlı yeni tələb həmin müddəanın qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.

Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun borc yükü üzrə aylıq ödənişləri 700 manatdan çox olmamalıdır.

Azərbaycanda bankların kredit verərkən borcalanın gəlirlərini hesablaması ilə bağlı yeni tələb müəyyənləşib.

Dəyişikliyə əsasən, borcalanın gəlirlərini müvafiq sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.

Məsələn, şəxsin əməkhaqqı barədə arayışı varsa və ya gəliri dövlət informasiya sistemlərindən müəyyən edilirsə, bank kredit hesablaması zamanı davranış modelinin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməz.
//oxu.az

Son xəbərlər