Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik

01.10.2026 12:11 204
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Oktyabrın 1-dən onlayn istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari il aprelin 28-də "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət edərək öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər.

Müvafiq məhdudiyyət həmin müştərinin banka fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Bundan başqa, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemlərində, həm də kredit bürosunun sistemində yoxlamalı olacaqlar.

Yeni qaydaya əsasən, məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsait dərhal təqdim edilməyəcək. Gün ərzində verilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu məbləğdən çox olduqda isə 24 saat sonra təqdim ediləcək.

Qaydalar həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil olunur.скачать dle 11.3
Mojo.az Banner