Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi
Dövlət Gömrük Komitəsində (DGK) inspektor vəzifəsinə işə düzəlmək istəyən şəxsin ümidindən istifadə edən tanışı ona bu məsələdə kömək edə biləcəyini vəd edərək 10 min manat pul alıb.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs tanışının DGK-da inspektor vəzifəsinə qəbul olunmasına kömək edə biləcəyini bildirib. Bunun üçün həmin qurumda yüksək vəzifədə çalışan qohumunun olduğunu və məsələni həll edə biləcəyini deyib.
O, bu vədlə zərərçəkmişdən müxtəlif vaxtlarda üç dəfəyə pul alıb. Zərərçəkmiş ilk dəfə ona 2 700 manat, daha sonra 300 manat, sonuncu dəfə isə 7 000 manat verib.
Beləliklə, müttəhim zərərçəkmişdən ümumilikdə 10 min manat alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə cinayət işi başlanıb.
İstintaq dövründə təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. O, saxlanılsa da, ilkin mərhələdə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməyib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.
Məhkəmə materiallarından məlum olur ki, bu, onun ilk dələduzluq ittihamı olmayıb. O, 2023-cü ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sonrakı prosesdə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs müəyyən edilib və yenidən axtarışa verilib. 2026-cı ildə saxlanılaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Bununla belə, məhkəmə baxışı zamanı zərərçəkmişə dəymiş 10 min manatlıq ziyanın tam ödənildiyi və tərəflərin barışdığı müəyyən edilib. Qadın da elan olunmuş ittihamı qəbul edərək barəsində amnistiya aktının tətbiqini istəyib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarını əsas götürərək cinayət təqibinə xitam verib. Məhkəmə qadının amnistiyanın tətbiqinə mane olan məhdudiyyətlər dairəsinə düşmədiyini qeyd edib.
Nəticədə o, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilib, barəsindəki həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından dərhal azadlığa buraxılması qərara alınıb.
//qaynar.az