Mojo.az Banner
20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiya vədi ilə 13 min manatlıq dələduzluq

02.10.2026 17:57 285
Pensiya vədi ilə 13 min manatlıq dələduzluq
Lerikdə bir şəxsin nəvəsinin pensiyasını bərpa etdirəcəyini vəd edərək ondan pul alan şəxs hakim qarşısına çıxarılıb.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin sonunda zərərçəkmiş şəxslə görüşərək onun nəvəsinin kəsilmiş pensiyasını bərpa etdirə biləcəyini deyib. Bu vədin müqabilində əvvəlcə 2 min 200 manat istəyib və həmin məbləği alıb.

Bundan sonra isə vədlər davam edib. Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəlində zərərçəkmiş şəxsdən daha 2 min 200 manat alıb. O, həmçinin zərərçəkmiş şəxsin özünün və həyat yoldaşının pensiyasını artıracağını vəd edib.

İş materiallarına əsasən, müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 13 min 280 manat pul verilib. Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu məbləğin 5 min 300 manatı sonradan ona qaytarılıb, 7 min 980 manat isə ödənilməyib.

İş üzrə ödənişlərə dair sənədlərdə də müxtəlif tarixlərdə 2 200, 1 500, 660 və 1 260 manat məbləğində pul köçürmələri əksini tapıb.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul edib. O bildirib ki, zərərçəkmiş şəxslə tanışı vasitəsilə əlaqə saxlayıb və nəvəsinin pensiyasının bərpa edilməsinə köməklik göstərə biləcəyini deyib. Daha sonra bunun müqabilində pul alıb.

Məhkəmə araşdırması zamanı toplanmış sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdiyi nəticəsinə gəlib.

Əməllər Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə) ilə tövsif edilib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulduğu 2 gün cəza müddətindən çıxıldıqdan sonra üzərində qəti olaraq 2 il 2 ay 28 gün həbs cəzası saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner