Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

"TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi

31.08.2026 20:55 201
Özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək tanışının etibarını qazanan və biznesə sərmayə yatırmaq adı ilə ondan ümumilikdə 91 min manat alan şəxslə bağlı məhkəmə hökm çıxarıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs tanışı olan qadına özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib, geniş əlaqələrə malik olduğu barədə təəssürat yaradıb.

Daha sonra ona restoran biznesinə və metal idxalına sərmayə yatırmaqla yüksək gəlir əldə edə biləcəklərini vəd edib.

İttihama görə, bu vədlə 2023-cü il avqustun 9-da Bakı şəhərində yerləşən notariat kontorunun yaxınlığında qadından 88 min manat alıb. Həmin pulun şəxsi ehtiyaclarına sərf edildiyi iddia olunur.

Bundan sonra təqsirləndirilən şəxsin eyni qadından daha 3 min manat aldığı bildirilir.

İttiham aktına əsasən, 2024-cü ilin aprelində o, avtomobil alaraq taksi fəaliyyəti təşkil edəcəyini və bu yolla əldə olunan gəlirlə borcunu qaytaracağını vəd edib. Qadın da bu vədlə ona 3 min manat verib. Həmin vəsaitin də şəxsi ehtiyaclarına xərcləndiyi qeyd olunur.

Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslə “TikTok” sosial şəbəkəsi vasitəsilə tanış olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs sosial şəbəkədə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı paylaşımlar edib. Bu baxımdan, həmin şəxsin hüquq-mühafizə sistemində çalışdığını düşünüb.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, ilk görüşlər zamanı təqsirləndirilən şəxs özünün hüquq-mühafizə orqanında çalışdığını və geniş əlaqələrinin olduğunu bildirib. Bu da onun etimadını qazanmasına səbəb olub.

Daha sonra təqsirləndirilən şəxs restoran açmaq və metal biznesinə sərmayə yatırmaq istədiyini, həmçinin zərərçəkmiş şəxsin satdığı evin vəsaitinin bir hissəsi hesabına ona daha münasib qiymətə başqa ev alacağını deyib.

Zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilən şəxs evin satışına da kömək edib və satışdan əldə olunan 88 min manat vəsaiti alıb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bilməyib.

O, ifadəsində qeyd edib ki, zərərçəkmiş şəxslə münasibətləri sosial şəbəkə vasitəsilə başlayıb və sonradan görüşüblər.

Onun sözlərinə görə, zərərçəkmiş şəxsin evi satıldıqdan sonra əldə olunan vəsaitin bir hissəsi metal biznesinə, digər hissəsi isə avtomobil alınmasına yönəldilib.

Təqsirləndirilən şəxs 50 min manatın metal biznesinə sərmayə kimi verildiyini, 20 min manatın isə avtomobil alınmasına xərcləndiyini bildirib.

O, həmçinin zərərçəkmiş şəxsin uşaqları ilə bağlı bəzi xərcləri ödədiyini və avtomobil icarəsi ilə məşğul olduğunu deyib.

Zərərçəkmiş şəxsin ifadəsində isə təqsirləndirilən şəxsin sonradan ona 88 min manatın 50 min manatını metal biznesinə yatırdığını, qalan 38 min manatı isə öz ehtiyaclarına xərclədiyini dediyi qeyd olunub.

Məhkəmə materiallarında əlavə 3 min manatlıq epizod da yer alıb.

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2024-cü ilin aprelində təqsirləndirilən şəxs avtomobil almaq üçün ilkin ödənişə ehtiyacı olduğunu bildirib. Bununla bağlı qadın ona qızıl sırğa və üzüyünü verib.

O, iddia edib ki, qızıl əşyalar 4 200 manata satılıb. Bunun 1 200 manatı zərərçəkmiş şəxsə qaytarılıb, qalan 3 min manatın isə avtomobilin ilkin ödənişinə veriləcəyi bildirilib. Lakin həmin pul geri qaytarılmayıb.

Məhkəmə nəticəsində təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.

Məhkəmə ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.скачать dle 11.3
Mojo.az Banner