Mojo.az Banner
23:01 Varlı insanlar niyə qolf oynayır?  |     22:55 "Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək  |     22:48 Kadırovun 18 yaşlı oğlunun şəxsi batalyonu oldu  |     22:41 Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü  |     22:36 Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi -VİDEO  |     22:30 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq  |     22:22 2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?  |     22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |    
Left Banner
Right Banner

Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq

22.07.2026 17:07 108
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq
Şəki Rayon Məhkəməsində sosial müavinət və işə düzəltmək adı ilə vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs özünü müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu bildirərək zərərçəkmişlərə sosial müavinət təyin etdirəcəyini, əlilliklə bağlı ödənişlər düzəldəcəyini, hətta bəzi hallarda dövlət qurumunda işlə təmin edəcəyini vəd edib.

Bu yalan vədlərlə onların etibarını qazanan şəxs müxtəlif vaxtlarda zərərçəkmişlərdən pul alaraq şəxsi ehtiyaclarına xərcləyib.

İş materiallarına əsasən, o, Şəki və Oğuz rayonlarının sakinlərini aldadaraq sosial müavinət düzəltmək adı ilə ayrı-ayrı epizodlarda 2700, 3500, 3500, 1000 və 650 manat, həmçinin bir zərərçəkmişdən oğlunun həm sosial müavinətlə təmin olunacağı, həm də DSMF-nin Şəki filialına işə düzəldiləcəyi vədi ilə hissə-hissə ümumilikdə 35 min manat alıb.

Beləliklə, təqsirləndirilən şəxs müxtəlif zərərçəkmişlərdən ümumilikdə 45 350 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini etiraf edib. O, zərərçəkmişləri aldatmaq üçün saxta "WhatsApp” yazışmaları apardığını, hətta özünə məxsus başqa mobil nömrədən istifadə edərək özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim etdiyini və bununla zərərçəkmişlərin etibarını qazandığını bildirib.

Təqsirləndirilən şəxs əldə etdiyi pulları şəxsi ehtiyaclarına, borclarının ödənilməsinə və övladlığa götürdüyü uşağın xərclərinə sərf etdiyini deyib. O, sonradan zərərçəkmişlərə dəymiş maddi ziyanın tam ödənildiyini, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə istintaqı zamanı zərərçəkmişlər də onlara vurulmuş maddi ziyanın tam ödənildiyini təsdiqləyiblər. Onlardan biri yalnız banka olan 1000 manat borcun və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə tövsif edərək onu 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Həbsdə saxlanıldığı müddət cəzaya hesablandığından, məhkəmənin hökmü ilə onun üzərində qəti olaraq 2 il 1 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner