Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

"Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar

02.11.2026 11:25 360
Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"in müştəriləri haker hücumundan sonra vəsaitlərin çıxarılması imkanı bərpa edildikdən cəmi doqquz saat yarım ərzində təxminən 3.64 milyard dollar vəsait çıxarıblar.

Bu barədə birjanın "X" sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib.

"Binance" UTC vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 10:00-da) vəsaitlərin mərhələli şəkildə çıxarılmasına başlayıb. UTC vaxtı ilə saat 06:00-dan 15:30-dək (Bakı vaxtı ilə 10:00-dan 19:30-dək) xalis vəsait çıxışı təxminən 3,64 milyard dollar təşkil edib", - deyə açıqlamada qeyd olunub.

Birjanın məlumatına görə, bu məbləğ oktyabrın 28-nə olan göstəricilərə əsasən, ümumi dəyəri 171 milyard dollar təşkil edən aktivlərin 2.1 faizinə bərabərdir.

Qeyd edək ki, bundan əvvəl birjanın qurucusu Çanpen Çjao platformanın, görünür, haker hücumuna məruz qaldığını, lakin istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bildirmişdi.

Şirkətin ilkin qiymətləndirməsinə görə, insident nəticəsində təxminən 6.3 milyard dollar dəyərində aktivə təsir göstərilib.

Bildirilib ki, kriptovalyuta birjası hücum nəticəsində yaranan bütün itkiləri öz vəsaiti və istifadəçilərin müdafiəsi üçün nəzərdə tutulan SAFU ehtiyat fondu hesabına ödəyəcək.

Son xəbərlər