Mojo.az — elanlar
Son Xəbərlər
20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Binance"nin rəhbəri: "ABŞ-nin kriptovalyutalara münasibəti Trampın dövründə dəyişib"

17.04.2025 19:07 1 314
2023-cü ildən bəri ABŞ-nin Qiymətli kağızlar və birjalar üzrə komissiyası (SEC) tərəfindən sui-istifadədə ittiham olunan "Binance" kriptovalyuta birjası bir neçə ölkənin hökumətlərinə rəqəmsal valyutanın tənzimlənməsi ilə bağlı məsləhətlər verir.

Median.Az
xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzetinə ticarət platformasının rəhbəri Riçard Ten bildirib.

Qeyd olunur ki, ABŞ-nin kriptovalyutalara münasibəti, o cümlədən milli ehtiyatın yaradılması ilə bağlı yanaşması Prezident Donald Trampın dövründə kəskin şəkildə dəyişib. Bu, digər ölkələri də anoloji addımlar atmağa sövq edir.

Riçard Ten qeyd edib ki, ABŞ hazırda bu sahədə yurisdiksiya baxımından digər ölkələrdən əhəmiyyətli dərəcədə irəlidədir. O, "Binance"ın kriptovalyuta ehtiyatlarının yaradılmasında əməkdaşlıq etmək üçün bir neçə hökumətdən və suveren sərvət fondlarından bir sıra təkliflər aldığını bildirib. Lakin o, şirkətin əməkdaşlıq etdiyi ölkələrin adını çəkməkdən imtina edib.

Nəşr bildirib ki, "Binance"ın bu cür xidmətləri ilə bağlı məlumatın yayılması çirkli pulların yuyulması və beynəlxalq maliyyə sanksiyalarının pozulması ilə bağlı cinayət ittihamlarını boynuna aldıqdan və 4.3 milyard dollardan çox cərimə ödəməyə razı olduqdan təxminən bir il yarım sonraya təsadüf edir. Platformanın həmtəsisçisi və baş direktoru Çanpen Çjao həmin vaxt istefa verib və onu Riçard Ten əvəz edib. Daha sonra birjanın keçmiş rəhbəri dörd ay həbsxanada yatıb.

ABŞ, həmçinin birjanın maliyyə qaydalarına uyğunluğunu təmin etmək üçün 2024-cü ildə "Binance" üçün beş illik monitorinq proqramı tətbiq edəcəyini elan edib.

Son xəbərlər