Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Binance” çirkli pulların yuyulmasına görə ABŞ-yə 4,3 milyard dollar ödəyəcək

26.02.2024 20:08 1 809
“Binance” çirkli pulların yuyulmasına görə ABŞ-yə 4,3 milyard dollar ödəyəcək
ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi “Binance” kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına “Bank sirri haqqında” Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. "Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir", - agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Riçard Consun sözlərini sitat gətirib.

Müqavilənin şərtlərinə görə, kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.

ABŞ-nin Ədliyyə Nazirliyi “Binance”nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao “Binance”nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.

“Bloomberg” qeyd edib ki, Çjaonun il yarım həbs cəzası alacağı və təxminən 50 milyon dollar cərimə ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, “Binance” kriptovalyuta birjası dünyanın rəqəmsal aktivlərin ticarəti üçün aparıcı sistemidir. 2017-ci ildə çinli Çanen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıblar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub.скачать dle 11.3
Mojo.az Banner