Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB

11.03.2020 15:25 1 801
Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB
Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.

Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: “Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

“Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün "Brent" markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır.скачать dle 11.3
Mojo.az Banner