Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər

11.09.2026 15:44 543
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər
Son illərdə ərzaq, nəqliyyat, kirayə və digər gündəlik xərclərin artması tələbələrin maddi yükünü də əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə böyük şəhərlərdə təhsil alan tələbələr üçün yolpulu, qidalanma, kirayə və təhsil prosesində yaranan əlavə xərclər aylıq büdcənin əsas hissəsini təşkil edir. Bu isə tələbələrə ödənilən təqaüdlərin onların real yaşayış xərclərinə nə dərəcədə uyğun olduğu məsələsini yenidən gündəmə gətirir.

Hazırkı iqtisadi şəraitdə tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilə çıxış imkanlarının genişləndirilməsi və maddi çətinliklərin onların təhsilinə mənfi təsir göstərməsinin qarşısının alınması baxımından təqaüdlərin məbləğinin artırılması məsələsi aktual olaraq qalır. Xüsusilə dövlət hesabına təhsil alan tələbələr üçün təqaüdlərin yaşayış xərclərinin dinamikasına uyğunlaşdırılması ilə bağlı gözləntilər var.
Bəs artan yaşayış xərcləri nəzərə alınaraq dövlət hesabına təhsil alan tələbələrin təqaüdlərinin artırılması mümkündürmü?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az-a bildirib ki, tələbələrin təqaüdlərinin artırılması məsələsi ölkə başçısının müvafiq sərəncamı əsasında tənzimlənir:

“Sonuncu dəfə təqaüdlərin artırılmasını ötən il müşahidə etmişik. Yəqin ki, növbəti il üçün də belə bir qərarın qəbul edilməsi gözlənilir. Tələbə təqaüdləri tələbələrin müvafiq xərclərinin, ən azı müəyyən qədər, qarşılanmasına dəstək xarakteri daşıyır. Bu vəsait onların dərslik və digər tədris vəsaitlərinin alınmasına, gündəlik, nəqliyyat və qidalanma xərclərinə müəyyən qədər kömək edir. Təqaüd alan tələbələrin maddi baxımdan özlərini daha rahat hiss etmələrinə də bu amil müsbət təsir göstərir. Amma təkcə dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda rəqabətlilik baxımından ödənişli əsaslarla təhsil alan tələbələrə də belə bir imkan tanınır. Onların akademik göstəriciləri yüksək olduğu halda, təqaüd almaq hüquqları var”.

O qeyd edib ki, ümumilikdə, həm bakalavriat, həm magistratura, həm doktorantura, həm də orta ixtisas təhsili müəssisələrində subbakalavr səviyyəsində təhsil alanların, o cümlədən peşə təhsili istiqamətində oxuyanların da təqaüd almaq imkanları var:
“Bu məsələ qanunvericilik və cənab Prezidentin müvafiq sərəncamları ilə tənzimlənir. Mövcud tənzimləmələrə əsasən, tələbələrə müxtəlif məbləğlərdə təqaüdlər təqdim olunur. Burada adi, zərbəçi və əlaçı təqaüdləri olmaqla üç pilləli sistem tətbiq edilir. Tələbələrin təqaüdlərinin artırılması məsələsi cənab Prezident tərəfindən hər zaman diqqətdə saxlanılıb. Düşünürəm ki, növbəti dövrdə də tələbə təqaüdlərinin artırılması ilə bağlı müvafiq sərəncam görə bilərik”.

Aysel

Son xəbərlər