Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”
Son günlər sosial şəbəkələrdə Bakı metrosunda gediş haqqının yenidən artırılacağı ilə bağlı müxtəlif iddialar yayılır. Sözügedən məlumat sərnişinlər arasında da narahatlıq yaradıb və metroda gediş haqqının yaxın vaxtlarda dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar doğurub. Hazırda Bakı metrosunda bir gedişin qiyməti 60 qəpik təşkil edir və bu tarif 2025-ci ilin oktyabrından tətbiq olunur. Gediş haqqının artırılması ilə bağlı yayılan iddiaların hansı əsaslara söykəndiyi isə ictimaiyyət üçün maraq doğurur. Xüsusilə gündəlik olaraq metrodan istifadə edən sərnişinlər mümkün qiymət dəyişikliyinin ailə büdcələrinə və nəqliyyat xərclərinə təsirindən narahatdırlar. Bəs Bakı metrosunda gediş haqqının artırılması ilə bağlı hər hansı qərar varmı və yaxın zamanda tariflərdə dəyişiklik gözlənilirmi?
Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, Bakı Metropolitenində gedişhaqqının artırılması ilə bağlı yayılan məlumatların nə dərəcədə real olduğunu qiymətləndirmək mümkün deyil:
“Metropoliten özü durduğu yerdə gedişhaqqını artıra bilməz. Metropoliten qiymət təklifi verir, Tarif Şurası isə bununla bağlı qərar qəbul edə bilər. Bu, tənzimlənən bazar qiymətləridir. Əgər bazar vasitəsilə formalaşan qiymət olsaydı, iqtisadçı kimi bunun xərclərinin nə qədər artdığını və qiymət dəyişikliyi ilə bağlı gözləntiləri qiymətləndirmək mümkün olardı. Bundan sonra 15 il ərzində də qiymət qalxmaya bilər, eyni qala bilər və yaxud qısa müddət sonra arta bilər. Bunların hamısı Tarif Şurasının səlahiyyətində olan məsələlərdir. Tarif Şurası qərar qəbul edərkən Metropolitenin təkliflərinə və əsaslandırmasına baxır. Eyni zamanda, sosial məsələləri, büdcə yükünü və hökumətin bu istiqamətdə siyasətini nəzərə alır. Ona görə də yayılan hər hansı məlumatın real olub-olmadığını və ya qiymət dəyişikliyinin baş verib-verməyəcəyini bazar prinsiplərinə əsasən proqnozlaşdırmaq mümkün deyil”.
O qeyd edib ki, xüsusilə hazırda metroda yenidənqurma işləri gedir:
“Qarşıdakı bir il ərzində metro qiymətlərinin dəyişdirilməsi real deyil. Xətlərin ayrılması prosesi onsuz da vətəndaşların nəqliyyat xərclərini artırıb. Həzi Aslanovdan, Əhmədlidən, Xalqlardan və Neftçilərdən Elmlər Akademiyasına, Nizami və ya İnşaatçılar metrolarına gedən tələbələrin xərcləri artıb. Həmin ərazilərdə işləyən insanların da nəqliyyat xərcləri yüksəlib. İndiki məqamda rekonstruksiya prosesi başa çatmamış metro qiymətlərinə yenidən baxılması düzgün olmaz. Rekonstruksiyadan sonra xidmətin keyfiyyətinin yaxşılaşması, metronun xərcləri, dövlətin bu sahədəki siyasəti və həmin dövrdəki vəziyyət nəzərə alınaraq qərar qəbul edilə bilər. Qarşıdakı 11-12 ay ərzində, ən azı rekonstruksiya başa çatana qədər metroda gedişhaqqının artırılması nə düzgün, nə də ədalətli olar. Çünki onsuz da vətəndaşların bu istiqamətdə narahatlığı yaranıb və əlavə qiymət artımı onların xərclərini daha da artırar”.
Aysel