Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

13.11.2026 16:38 30
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Oxu.Az-a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır.

Palatanın hesablamalarına görə, oktyabrda bazarda elan sayı 7.0 faiz azalaraq 37 min 531-ə düşüb, orta qiymət isə 1.9 faiz artımla 30089 manat təşkil edib. Ucuz seqmentdə VAZ elanlarının payı 9.4 faizdən 8.8 faizə, KIA-nın payı isə 7.5 faizdən 5.7 faizə enib. Əvəzində "Mercedes", "Hyundai", "Toyota" və BMW kimi bahalı markaların xüsusi çəkisinin artması ayrı-ayrı avtomobillər bahalaşmadan ümumi medianı yüksəldib.

Bazar tərkibinin təsirini ayırmaq üçün 2025-ci ilin dekabrı baza götürülməklə hesablanan indekslər real mənzərəni aydın göstərir. Bütün elanları izləyən dəyişən struktur indeksi ay ərzində 3.7 faiz artaraq 112.7 bəndə, ən çox təklif olunan 9 kütləvi marka-modelin qiymətini ölçən sabit struktur indeksi isə cəmi 0.4 faiz artımla 104.2 bəndə çatıb. Aradakı 3.3 faiz bəndi fərq məhz elan tərkibinin dəyişməsindən qaynaqlanır. Həm sentyabrda, həm də oktyabrda satışda qalan 7156 elanın 39.6 faizində qiymətin endirilməsi, yalnız 8.9 faizində artırılması və bu avtomobillərin orta hesabla 1.5 faiz ucuzlaşması bazarda süni bahalaşma olmadığını təsdiqləyir.

Kütləvi seqmentdə sentyabrdakı 1.1 faizlik artımdan sonra oktyabrda qiymətlər sabitləşib. Sabit səbətdəki 9 marka-modeldən "Hyundai Sonata" 2.4 faiz (23 min 750 manat), "Ford Fusion" 1.6 faiz (18 min 500 manat), "Opel Astra" (9 min 400 manat) və "Ford Transit" (19 min manat) 1.1 faiz, "Hyundai Elantra" isə 0.5 faiz (21 min 500 manat) bahalaşıb. VAZ-2107-nin qiyməti 5 500 manatda dəyişməz qalıb. "KIA Sorento" 0.3 faiz (34 min 800 manat), "Chevrolet Cruze" 0.7 faiz (13 min 300 manat), "Hyundai Santa Fe" isə 1.4 faiz (28 min 500 manat) ucuzlaşıb.

Bazarın oktyabr təhlili göstərir ki, təkliflərin 51.2 faizi 20 min manatdan, 22.9 faizi isə 10 min manatdan ucuzdur, 50 min manatdan baha avtomobillərin payı 13.0 faizdir. Median buraxılış ili 2013-cü il səviyyəsində qalsa da, median yürüş 3 000 kilometr azalaraq 190 min kilometrə enib. Ümumi elanların 52.2 faizini 13 yaş və daha köhnə, 16.4 faizini 3 yaşadək nəqliyyat vasitələri, 8.2 faizini isə median qiyməti 44 min 300 manat olan yeni avtomobillər təşkil edir. Elanların 66.9 faizi 23 min 900 manatlıq median qiymətlə Bakının, qalan hissəsi isə 12 min 500 manatlıq medianla Sumqayıt (6.6 faiz) və Gəncə (4.3 faiz) başda olmaqla bölgələrin payına düşür.

Yanacaq bölgüsündə benzin 66.7 faiz, dizel 20.4 faiz, hibrid və elektromobillər birlikdə 12.9 faiz paya malikdir. Elektromobillər üzrə 496 elan (1.3 faiz) qeydə alınıb və onların median qiyməti 50 min 750 manatdır. Ban növündə sedanlar 43.9 faiz, beşqapılı SUV-lar 29.6 faiz, transmissiyada isə avtomat sürətlər qutusu 72.2 faiz üstünlük təşkil edir. Marka reytinqində "Mercedes" (15.1 faiz), "Hyundai" (10.9 faiz) və LADA (8.8 faiz) liderdir, Çin markalarından "Changan" (1 463 elan) doqquzuncu pillədə qərarlaşıb, BYD və "Geely" üzrə müvafiq olaraq 348 və 231 elan verilib.

Ən aktiv 120 marka-model üzrə 25 063 elan əsasında qurulan hedonik modelə görə, hər əlavə istismar ili avtomobili 5.8 faiz, hər 1 000 kilometr yürüş isə 0,037 faiz ucuzlaşdırır. Mexaniki qutulu avtomobillər avtomatdan 8.3 faiz ucuzdur. Vuruğu olmayan, lakin rənglənmiş avtomobillərdə qiymət fərqi cüzi (0.2 faiz) olsa da, vurulub rənglənmiş avtomobillər 7.5 faiz, təmirsiz qəzalı avtomobillər isə 23.1 faiz daha ucuz təklif olunur. Buna görə də alıcı və satıcılara ümumi mediana deyil, konkret texniki göstəricilərə əsaslanmaq, qiymətləndiricilərə isə sabit struktur indeksi ilə yenilənmiş hedonik əmsalları nəzərə almaq tövsiyə edilir.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay dövri olaraq daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Son xəbərlər