Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır |
Mojo.az Avto
Mojo.az Avto

"Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb

13.11.2026 13:07 216
"Microsoft" şirkətinin xidmətlərində, o cümlədən "Outlook", "Teams" və "Copilot" süni intellekt assistentinin fəaliyyətində 74 ölkə və ərazidəki istifadəçilərə təsir göstərən böyükmiqyaslı kəsilmə baş verib.

Median.Az
"EuroNews"a istinadən xəbər verir ki, "Downdetector" platformasının məlumatına görə, ABŞ-də Şərq vaxtı ilə saat 13:00-dan (Bakı vaxtı ilə saat 22:00) sonra 130 minə yaxın istifadəçi "Outlook"la bağlı çətinliklər barədə xəbər verib.

Axşama doğru şikayətlərin sayı təqribən 37 minə qədər ensə də, proqramın işində nasazlıqlar tam aradan qalxmayıb.

"Microsoft"un təmsilçiləri problemi infrastruktura düşən həddindən artıq yüklənmə ilə izah ediblər ki, bu da "Microsoft 365" xidmətlərinə qoşulma xətaları ilə nəticələnib.

Texnologiya nəhəngi yeniləmələrin tətbiqini dayandırıb, əlavə trafiki başqa istiqamətə yönəldib və zərər çəkmiş serverləri yenidən işə salıb. Lakin cümə günü səhər saatlarında "Microsoft" həyata keçirilən tədbirlərin kafi olmadığını qəbul edib və xidmətlərin fəaliyyətini tam bərpa etmək məqsədilə alternativ yollar axtardığını açıqlayıb.

Son xəbərlər