İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
Bakıda 11-ci sinif şagirdi qarət törədib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən supermarketdə baş verib.
Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İ.Z gecə saatlarında marketə gedərək binanın ikinci mərtəbəsinə qalxıb. Orada heç kimin olmamasından istifadə edərək müdirin otağına daxil olub. İ.Z otaqdakı seyfi açaraq oradan 1 492 manatı götürüb və hadisə yerindən qaçıb. O, oğurluq edərkən supermarketin müşahidə kamerasına düşüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən İ.Z saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalarla məlum olub ki, İ.Z uşaq vaxtlarından anası tərəfindən tərk edilib və bacısı ilə birlikdə Bakıda internat tipli xüsusi ümumtəhsil məktəbinə yerləşdirilib. Həmin məktəbin 11-ci sinif şagirdi olan İ.Z eşitmə məhdudiyyətlidir.
Faktla bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Z 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.