Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi |
Mojo.az Avto
Mojo.az Avto

40 yaşdan sonra dişlərimiz niyə əyilir?

13.11.2026 12:56 42
40 yaşdan sonra dişlərimiz niyə əyilir?
"Dişlərin ömür boyu düz qalması şərt deyil. Onların mövqeyi həyat boyu dəyişməyə davam edir".

Bunu Lenta.ru-ya açıqlamasında həkim Raul Mora deyib.

Mütəxəssis 40 yaşdan sonra dişlərin mövqeyinin niyə dəyişdiyini izah edib:

"Yaş artdıqca qonşu dişlərin bir-birinə toxunan səthləri tədricən aşınır. Bu aşınmanı kompensasiya etmək və sıx təması qorumaq üçün dişlər diş sırasının mərkəzinə doğru yerini dəyişir. Ön kəsici dişlər isə dönərək bir-birinin üzərinə çıxmağa başlayır. Bu hal daha çox alt çənədə müşahidə olunur. Yaşla bağlı dəyişikliklər adətən tədricən baş verir. Lakin qısa müddətdə dişlər arasında nəzərəçarpacaq boşluqlar yaranarsa, dişlər əyilərsə və ya laxlayarsa, bunu təkcə yaşla əlaqələndirmək olmaz. Belə hallarda dişləri yerində saxlayan toxumaların vəziyyətini yoxlatmaq lazımdır".

Həkim bu cür sürətli dəyişikliklərin səbəblərindən biri kimi parodontiti göstərib. Bu iltihabi xəstəlik zamanı dişin ətrafındakı toxumalar, o cümlədən onu dəstəkləyən sümük tədricən zədələnir. Dəstək zəiflədikdə dişlər yerini dəyişə və aralarında boşluqlar yarana bilər.

Mora əlavə edib ki, dişlərin yerini dəyişməsinin digər səbəbi diş itkisidir. Çeynəmə dişlərindən biri çıxarıldıqdan sonra qonşu dişlər yerini dəyişə, qarşı çənədə təmassız qalan diş isə tədricən boşluğa doğru uzana bilər.//oxu.az

Son xəbərlər