Mojo.az Banner
21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |     19:48 Bərdədə zəncirvari qəza baş verib  |     19:45 Tanış olduğu lazeroloq qadını öldürmək istədi: Həbs edildi  |     19:43 ABŞ sakini lotereyada 1 milyard dollardan çox pul uddu  |     18:59 Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib  |     18:52 Bakıda atasına cavab qaytaran qız döyüldü  |     18:38 Azərbaycanda bu məşhur veriliş yenidən başlayır  |     18:25 Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ  |     18:23 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |    
Left Banner
Right Banner

Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır

07.08.2019 22:13 2 523
Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır
Həkimlər "sağlamlıq ağız boşluğundan başlayır", - deyirlər. Ağappaq və bəyaz dişlərə sahib olmaq isə hər kəsin arzusudur. Ona görə də qidalanmadan sonra hər dəfə dişlər fırçalanmalıdır. Bunun vaxtında edilməməsi karies və diş əti xəstəliklərinə səbəb ola bilər.

Median.Az
bildirir ki, Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov AZƏRTAC-a deyib: "Yeməkdən dərhal sonra dişləri fırçalamaq məsləhət görülmür, çünki bu zaman qidada olan maddələr ağızda dağılır və dişlərin zəifləməsinə səbəb olur. Fırçalama prosesinə yeməkdən bir saat sonra başlamaq məsləhətdir. Diş məcununu suda islatmaq lazım deyil, çünki bu zaman məcun təsirini itirir. Məcundan ləbləbi dənəsi miqdarında istifadə edilməlidir.

Dişlərə müxtəlif üsullarla qulluq göstərmək olar. Təbii diş təmizləyicisi hesab edilən almadan başqa yeməkarası fasilə zamanı yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır".

Onun dediyinə görə, dişlərin əsas düşməni şokolad yox, başqa şirniyyatlardır: "Meyvə şirələrinin tərkibindəki turşular da dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Əgər meyvə şirələri və digər şirniyyat məhsulları qəbul edilibsə, ayran və pendir kimi ağartı məhsulları yeyərək qidalanmağa yekun vurmaq lazımdır, çünki onlar turşuların zərərli təsirlərinin qarşısını almaq qabiliyyətinə malikdir. Pendir və ayran dişlər üçün müdafiə vasitəsi rolu oynayır".скачать dle 11.3
Mojo.az Banner