İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır
Avtomobil bazarında qiymətlər idxal xərcləri, gömrük ödənişləri, avtomobillərin yaşı və yanacaq növündən asılı olaraq dəyişə bilər. Elektromobillərə marağın artması da alıcıların seçimlərinə və bazardakı rəqabətə təsir göstərir. Azərbaycanda ikinci əl avtomobillərin qiymətlərini müəyyən edən əsas amillər hansılardır və yaxın dövrdə bazarda hansı dəyişikliklər gözlənilə bilər?
Bu barədə avtomobil alqı-satqısı və icarəsi üzrə ekspert Sərxan Qədirov Median.Az-a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətlər əsasən xaricdən idxal olunan nəqliyyat vasitələrinin dəyərindən asılıdır:
Bu barədə avtomobil alqı-satqısı və icarəsi üzrə ekspert Sərxan Qədirov Median.Az-a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətlər əsasən xaricdən idxal olunan nəqliyyat vasitələrinin dəyərindən asılıdır:
“Gömrük rüsumlarının və daşınma xərclərinin artması ölkənin daxili avtomobil bazarına da təsir göstərir. Bu, ikinci əl avtomobillərin qiymətlərində də özünü göstərir. Hazırda ölkəyə daha çox ikinci əl avtomobil idxal olunur və onların qiymətləri xarici bazardakı dəyişikliklərdən asılı olaraq formalaşır. Son dövrlər avtomobil bazarında canlanma müşahidə olunur. Alqı-satqının intensivləşməsi və tələbatın artması ikinci əl avtomobillərin qiymətlərinə də təsir edib. Nəticədə, bu avtomobillərin qiymətlərində artım qeydə alınır. Təxminən bir ay əvvəl bazarda durğunluq müşahidə olunsa da, hazırda vəziyyət dəyişib. Alıcılıq qabiliyyəti və bazara maraq artıb. Xüsusilə ABŞ-dan gətirilən avtomobillərə tələbat yüksəlib. Bu günlərdə avtomobil bazarlarından birində çəkiliş apararkən də insan sıxlığının xeyli artdığının şahidi oldum. Bu da bazara marağın və alıcı fəallığının yüksəldiyini göstərir”.
