Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...

25.09.2026 12:50 963
Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...
Azərbaycanda yeni avtomobillərə, xüsusilə Çin istehsalı modellərə marağın artması avtomobil bazarında seçim imkanlarını genişləndirib. Yeni avtomobillərin sayının çoxalması ikinci əl avtomobillərin qiymətlərinə də təsir göstərə biləcək amillərdən biri hesab olunur. Bazar iştirakçılarını qarşıdakı aylarda avtomobil qiymətlərində hansı dəyişikliklərin baş verəcəyi maraqlandırır. Bəs yeni avtomobillərin artması ikinci əl bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi və yaxın dövrdə hansı qiymət tendensiyası gözlənilir?

Bu barədə avtomobil alqı-satqısı və icarəsi üzrə ekspert Sərxan Qədirov Median.Az-a açıqlamasında bildirib ki, son günlər Çin avtomobillərinin bazarda payı artır:

“Bir müddət Çin avtomobillərinə tələbat azalmışdı və bazar zəifləmişdi. Daha sonra belə bir məlumat yayıldı ki, bir ay sonra avtomobillərin qiyməti artacaq. Bundan sonra qiymətlər də müəyyən qədər yüksəldi. Bir ay ərzində Çin avtomobillərinə maraq artdı və insanlar əvvəlki qiymətlərlə avtomobil almağa başladılar. Bu da bazarın müəyyən qədər canlanmasına səbəb oldu. İkinci əl avtomobillərə gəlincə, hazırda onların alqı-satqısı yeni avtomobillərlə müqayisədə daha aktivdir. İkinci əl avtomobillərin qiymətlərində azalma deyil, əksinə, müəyyən artım müşahidə olunur”.
O qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə qiymətlərin yüksəldiyini görmək mümkündür:
“Ümumilikdə, son bir ay ərzində avtomobil alqı-satqısında müəyyən canlanma müşahidə olunur. Əvvəlki dövrlə müqayisədə bazarda aktivlik bir qədər artıb. Yay aylarında insanlar əsasən istirahətdə, rayonlarda və digər bölgələrdə olurdular. Hazırda isə insanların şəhərə qayıtması, iş rejiminin bərpa olunması və məktəblərin açılması ilə şəhərdə hərəkətlilik artıb. Bununla əlaqədar avtomobil bazarı da tədricən canlanır və öz əvvəlki aktivliyini bərpa edir”.

Aysel

Son xəbərlər