Mojo.az Banner
16:42 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib  |     16:35 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR  |     16:10 Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB  |     15:15 Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU  |     14:49 Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü  |     14:14 İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir"  |     12:49 ABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildi  |     12:21 Azərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTO  |     12:19 Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA  |     12:18 Xanlar Vəliyevin qızına yeni vəzifə verildi  |     12:16 Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI  |     12:15 Şərur rayonunun bəzi əraziləri qazsız qalacaq  |     12:13 Məhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilib  |     12:00 17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     11:58 Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:55 Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB  |     11:53 Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI  |     11:51 Dünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı  |     11:49 Azərbaycanda alim vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI

02.11.2021 13:07 945
Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI
“Oktyabr ayında ötən aya nisbətən Azərbaycanda ikinci əl avtomobillərə tələb artıb”.

Bu barədə “Report”a açıqlamasında oktyabr ayında ölkənin avtomobil bazarında gedən prosesləri şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert ötən ayda bazarda yaşanan canlanmadan danışıb:

“Azərbaycanın avtomobil bazarında canlanma hiss olunur. Bu da mövsümlə əlaqədardır. Biz qızmar yayı geri qoymuşuq. Artıq qış fəslinə doğru gedirik və belə olanda şəhərlərdə yaşayan insanların nəqliyyat vasitələrinə tələbatı artır. Odur ki, sentyabra nisbətən oktyabrda avtomobillərə tələb var. Qiymətlər də keçən aya nisbətən cüzi də olsa artıb. Bu artım 2 %-dən çox deyil. Yeni avtomobillərin isə qiymətləri olduğu kimi qalıb”.

E.Cəfərovun sözlərinə görə yeni avtomobillərə daim tələbat var:

“Yeni avtomobillərə tələbat azalmayıb. Milli valyutanın stabil qalması və iqtisadiyyatın hazırda dayanıqlı olması imkan verir ki, vətəndaşlar yeni avtomobil ala bilsinlər. Qeyd edim ki, təxminən bu ilin dekabr ayından gələn ilin aprelinə qədər Azərbaycanda yeni komfortlu və təhlükəsiz avtomobillərə tələb daha da artacaq. Çünki iri avtomobil istehsalçıları istehsalı bir qədər azaldacaq. Lakin qiymətlərdə bu ilin sonuna qədər kəskin dəyişiklik gözlənilmir. Gələn ilin əvvəlindən ola bilər ki, qiymətlər yenə 2-3 % civarında artsın. Bu da daşınma qiymətlərinin yüksəlməsi, istehsalın azalması kimi beynəlxalq proseslərlə əlaqədardır”.

Ekspert ölkəyə hibrid avtomobillərin də gətirilməsindən danışıb:

“Sevindirici haldır ki, vətəndaşlar hibrid avtomobillərə maraq göstərir. Lakin bəzən ABŞ-dan köhnə, yararsız avtomobilləri daha çox gətirirlər. Yaxşı olardı ki, vətəndaşlarımız yeni, Avropa spesifikasiyalı hibrid avtomobillər alsınlar ki, sonra həmin avtomobillərdə problemlər olanda onun təmiri mümkün olsun. Azərbaycanda bu gün Avropa spesifikasiyalı hibrid avtomobillərin təmiri mümkündür, rəsmi dilerlər bunu edir. Amma ABŞ-dan gətirilən hibrid avtomobillərin təmirində servislər bəzən çətinlik çəkə bilirlər”.скачать dle 11.3
Mojo.az Banner