Gürcüstandan avtomobil almaq hələ də sərfəlidirmi? – Açıqlama
Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb. Azərbaycanın Gürcüstandan avtomobil idxalında azalma müşahidə olunub. Bu dəyişiklik avtomobil bazarında diqqət çəkən məqamlardan biridir. İdxalın azalmasının hansı amillərlə bağlı olduğu və bunun yerli avtomobil bazarına təsiri maraq doğurur.
Azərbaycanın Gürcüstandan avtomobil idxalını azaltmasının əsas səbəbləri nədir? Bu azalma ölkədə avtomobillərin qiymətlərinə, seçim imkanlarına və ümumilikdə yerli avtomobil bazarına necə təsir edə bilər?
Bu barədə avtomobil alqı-satqısı və icarəsi üzrə ekspert Sərxan Qədirov Median.Az-a açıqlamasında bildirib ki, Gürcüstandan avtomobil idxalının azalmasının əsas səbəblərindən biri avtomobillərin istehsal ili ilə bağlı tətbiq olunan məhdudiyyətdir:
“Azərbaycanda yaşı altı ildən çox olan avtomobillərin idxalına icazə verilmir. Bu amil Gürcüstan bazarından avtomobil gətirilməsinə marağı əhəmiyyətli dərəcədə azaldıb. Bundan əlavə, sərhədlərin bağlı olması da mühüm amillərdən biridir. Müştərinin Azərbaycandan Gürcüstana gedərək avtomobil alması və daha sonra onu ölkəyə gətirməsi müəyyən çətinliklər yaradır. Bu səbəbdən insanlar daha çox daxili bazara və ya digər ölkələrdən avtomobil sifarişinə üstünlük verirlər. Son illərdə Azərbaycana əsasən ABŞ, Cənubi Koreya və Dubay bazarlarından avtomobillər idxal olunur. Xüsusilə son 5-6 il ərzində bu bazarlardan gətirilən avtomobillərə maraq artıb. Nəticədə Gürcüstan bazarı Azərbaycan alıcısı üçün əvvəlki qədər cəlbedici deyil”.
O qeyd edib ki, digər mühüm məqam avtomobil alıb-satan şəxslərin fəaliyyətidir:
“Əvvəllər Gürcüstandan avtomobil alaraq onu təmir edib Azərbaycanda satışa çıxaran şəxslər kifayət qədər çox idi. Hazırda isə həmin şəxslər avtomobilləri birbaşa ABŞ və digər xarici bazarlardan daha sərfəli qiymətə alır, Azərbaycana gətirir, təmir edir və satışa çıxarırlar. Gürcüstan bazarında əsas maraqlı tərəf, əslində, avtomobili şəxsi istifadəsi üçün alan müştəri ola bilərdi. Lakin sərhədlərlə bağlı mövcud çətinliklər bu prosesi mürəkkəbləşdirir. Buna görə də alıcılar ya daxili bazardakı avtomobillərə, ya da xaricdən birbaşa avtomobil sifarişinə üstünlük verirlər. Avtomobillərin yaşına qoyulan məhdudiyyət, sərhədlərin bağlı olması və ABŞ, Koreya və Dubay bazarlarının daha əlçatan və sərfəli alternativə çevrilməsi Gürcüstandan avtomobil idxalının azalmasının əsas səbəbləri hesab oluna bilər”.
Aysel