Mojo.az Banner
12:50 Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın bir sıra "Telegram” kanallarında məlumat yayılıb.  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:36 Oğuzda AĞIR QƏZA: Bir ailə xəstəxanalıq oldu  |     11:34 Mundialda ilk turun növbəti matçları: İspaniya və Belçika döyüşə atılırlar  |     11:32 Vergi ödəyicilərinin DİQQƏTİNƏ: Şikayət edərkən hansı səhvlərə yol verilir? - Video  |     11:25 Azərbaycanda çıxarışlı torpaqlara maraq artıb - Video  |     11:24 Şüvəlanda it iki nəfərə hücum etdi - VİDEO  |     11:20 Azərbaycan seysmik cəhətdən nə qədər təhlükəlidir?  |     22:58 Gilas hansı xəstəliklərdən qoruyur?  |     22:50 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı  |     22:48 Mourinyo onları "Real"da görmək istəmir  |     22:44 Polşanın axtarışa verdiyi azərbaycanlı həbs olundu  |     22:36 Seçkilərin yekun nəticələri sabah açıqlanacaq  |     22:29 2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular  |    
Left Banner
Right Banner

Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər - Ekspert

17.02.2020 22:44 1 603
Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər - Ekspert
Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə ölkəyə idxal edilən avtomobillərin sayı ilə bağlı rəsmi rəqəmlər elan edilib.

Belə ki, ötən il ərzində Azərbaycana 47 710 avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda ölkəyə idxal edilən avtomobillərin 43156-sı minik avtomobilidir. Bu baxımdan minik avtomobillərinin sayında da ötən il 2018-ci illə müqayisədə artım qeydə alınıb.

Bu ilin yanvar, eləcə də fevralın geridə qalan günləri ilə bağlı hələlik rəsmi statistika elan edilməyib, lakin apardığımız monitorinqlər göstərir ki, Asiya və xüsusən də Çindən avtomobil idxalında azalma müşahidə olunacaq.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

"Fitch Ratings" agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində əldə edilmiş məlumata əsasən, bütün dünya üzrə koronavirusla bağlı olaraq Çindən avtomobilin idxalının həcmində azalma müşahidə edildiyini, o cümlədən, Azərbaycanın da Çindən avtomobil idxal etdiyini nəzərə alsaq, ÇXR-dan ölkəmizə də gətirilən avtomobillərin sayında azalmanın olacağı gözlənilir", - deyə ekspert bildirib.

V. Bayramov qeyd edib ki, Çindən gətirilən avtomobillər hələlik Azərbaycana idxal edilən avtomobillərin strukturunda böyük paya malik deyil: "Azərbaycana əsasən Avropa və ya yapon avtomobillərinin idxal olunduğunu və bu maşınların Azərbaycana başlıca olaraq Gürcüstandan gətirildiyini nəzərə alsaq, güman olunur ki, avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq.

Nəzərə alsaq ki, Çindən gətirilən avtomobillərin qiyməti nisbətən ucuz idi, bu da məhz həmin maşınların ölkəyə idxalının azalacağı deməkdir. Çindən idxal olunan maşınların avtomobillərin seqmentində payı çox olmadığı üçün, bu, ümumi idxalın azalmasına gətirib çıxarsa da, kəskin azalmalar müşahidə olunmayacaq. Lakin koronavirusun miqyası genişlənərsə, digər Asiya ölkələrində də bu problem yaşanarsa, bütövlükdə Azərbaycana idxal edilən avtomobillərin sayında növbəti mərhələdə hiss edilən azalmalar ola bilər".скачать dle 11.3
Mojo.az Banner