Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

21.09.2026 11:58 462
Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir".

Median.Az
xəbər verir ki, bunu Gazeta.ru-ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib.

Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onların həyat fəaliyyətinin məhsullarından ibarət biotəbəqədir. Onu effektiv şəkildə kənarlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. 30-60 saniyə ərzində yalnız görünən çirklənmələri təmizləmək mümkündür, lakin çətin əlçatan yerlərdə mikrob təbəqəsini aradan qaldırmaq olmur.

"Dişlərin üç dəqiqə təmizlənməsi təsadüfi rəqəm deyil. Bu vaxt ərzində fırça bütün dişlərin səthini gəzərək ərpi təmizləməyə imkan tapır. Məsələn, bir dəqiqə ərzində bütün diş sırasını, xüsusilə arxa dişləri keyfiyyətlə təmizləmək praktiki olaraq qeyri-mümkündür", - deyə həkim Koryakin izah edib.

Ərpin əmələgəlmə sürəti də öz rolunu oynayır. Bakteriyalar təmizləmədən artıq 1-2 saat sonra ağız boşluğunda çoxalmağa başlayır, bir sutkadan sonra isə ərp minerallaşaraq diş daşına çevrilir. Bu səbəbdən gündə iki dəfə təmizləmə bu prosesi ləngitmək üçün zəruri olan minimumdur.

"Əgər təmizləmə vaxtı qısaldılarsa, ərp çətin əlçatan yerlərdə - dişlər arasında, diş əti zonasında toplanır. Bu, kariyes və gingivitin inkişafına gətirib çıxarır. Daha sonra isə iltihab parodontoza keçir ki, bu da dişlərin laxlaması təhlükəsini yaradır", - deyə stomatoloq xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, araşdırmalar təmizləmə müddəti ilə gigiyenanın keyfiyyəti arasında birbaşa əlaqənin olduğunu təsdiqləyir. İnsanların əksəriyyətində orta təmizləmə vaxtı 45-60 saniyə təşkil edir ki, bu da kifayət deyil. Həmçinin fırça ilə mexaniki təmizləmə ərpin təxminən 60%-ni kənarlaşdırır, qalan hissəsi diş aralarına düşür - onları isə sap və ya xüsusi fırça ilə təmizləmək lazımdır.

"Axşam diş fırçalamaq xüsusilə vacibdir, çünki yuxu zamanı tüpürcək ifrazı azalır və bakteriyalar maneəsiz çoxalmaq imkanı əldə edirlər. Yatmazdan əvvəl diş ərpi təmizlənməzsə, gecə ərzində o bərkiyəcək və səhər onu təmizləmək daha çətin olacaq", - deyə ekspert yekunlaşdırıb.//oxu.az

Son xəbərlər