Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Stomatoloq dişlərin təmizlənməsi üçün ən riskli vaxtı açıqladı

26.03.2025 12:02 876
Stomatoloq dişlərin təmizlənməsi üçün ən riskli vaxtı açıqladı
Dişlərinizi təmizləmək üçün ən uyğunsuz vaxtı seçsəniz, bu, ağız sağlamlığınıza ziyan vura bilər.

Oxu.az championat.com-a istinadən xəbər verir ki, stomatoloq Tarun Naqpal xüsusilə şirniyyat, məsələn şokolad yedikdən dərhal sonra dişləri təmizləməyin təhlükəli olduğunu bildirib.

Mütəxəssis izah edib ki, şirin qida qəbul etdikdən sonra ağızdakı bakteriyalar şəkəri emal etməyə başlayaraq turşu ifraz edirlər. Bu turşu müvəqqəti olaraq diş minasını yumşaldır. Belə bir anda dişləri təmizləmək qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər ki, bu da zamanla dişləri zəiflədəcək, həssaslığı artıracaq və kariyesin yaranması üçün şərait yaradacaq.

Stomatoloq şirniyyat qəbul etdikdən sonra ən azı 30 dəqiqə gözləməyi məsləhət görüb. Bu vaxt tüpürcəyin turşuluğu neytrallaşdırması və minanı bərpa etməsi üçün lazımdır. O, müvəqqəti həll kimi isə ağzı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi tövsiyə edib ki, bu da qida qalıqlarını təmizləyəcək və ağız boşluğunun təmizliyini qoruyacaq.скачать dle 11.3
Mojo.az Banner