Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtomobillərin qiyməti bahalaşıb

18.12.2018 11:41 7 528
Bakıda avtomobillərin qiyməti bahalaşıb
2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.

Median.Az
“İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22 faiz bahalaşıb. Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.

“Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26 faiz azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39 faizi benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61 faizini təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77 faiz, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23 faiz təşkil edib”, - N.İbrahimov bildirib.

Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61 faiz) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05 faiz çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48 faiz təşkil edib.

“Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 8,95 faiz, beş ildən 10 ilədək olan avtomobillərdə 8,39 faiz, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29 faiz, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01 faiz, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69 faiz təşkil edib”, - N.İbrahimov bildirib.скачать dle 11.3

Son xəbərlər