Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

Bakının avtomobil bazarında QİYMƏTLƏR enib

24.03.2018 17:21 4 400
Bakının avtomobil bazarında QİYMƏTLƏR enib
2018-ci ilin fevralında Bakının avtomobil bazarında orta qiymət 22 208 manata bərabər olub.

Median.Az
xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər 1,83 faiz azalıb.

Ekspert qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163 avtmobil satışa çıxarılıb:

"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 7 faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi - 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 21 343 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin payı 11,8 faizə bərabər olub. Bu avtomobillərin orta qiyməti 28 682 manat olub. Bazarda avtomatik ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil edib, orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər qutusu ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti 8 709 manat olub".

N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında bazarda avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr təşkil edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb. Avtomobillərin orta yaşı 13,3 ilə bərabər olub.

Ekspert əlavə edib ki, bazarda təqdim olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:

"Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 10,4 faiz, 5 ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib".

Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert bildirib ki, bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı korreksiya ilə əlaqədardır:

"Yanvar ayında Bakının avtomobil bazarında orta qiymət 20,39 faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər stabilləşir və korreksiya baş verir".скачать dle 11.3
Mojo.az Banner