Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı |
Mojo.az Avto
Mojo.az Avto

Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO

13.11.2026 16:40 30
Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, "Şahtaxtı" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya meyvə şirəsi və enerji içkisi yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.

Kinoloji xidmət iti vasitəsilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin apardığı tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər